Azərbaycan vətəndaşı Gürcüstanda külli miqdarda narkotiklə saxlanıldı


Kriminal 04 Avq 2019 12:18:00 313 0

Azərbaycan vətəndaşı Gürcüstanda külli miqdarda narkotiklə saxlanıldı

Gürcüstanın Rustavi şəhərində narkotik vasitə və psixotrop maddələrin qanunsuz əldə olunması və saxlanılmasında ittiham olunan Azərbaycan vətəndaşı saxlanılıb.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb.

Belə ki, 1991-ci il təvəllüdlü Q.H. adlı şəxs iyulun 30-da avtomobillə hərəkət edərkən patrul polisi tərəfindən saxlanılıb. Q. X. avtomobili tərk edərək qaçmağa cəhd göstərsə də, saxlanılıb.

Onun üzərində və müvəqqəti yaşadığı mənzildə aparılan axtarış zamanı külli miqdarda müxtəlif narkotik vasitələr müsadirə olunub.