Dünyanın ən güclü qorunan yerləri:


Dünya 04 Avq 2019 12:05:00 308 0

Dünyanın ən güclü qorunan yerləri:

Dünyada içinə daxil olmaq üçün bir çox çətin yerlər vardır.

Ən ağıllı insanların mühəndislik qabiliyyəti sayəsində qorxu və tamah kimi duyğularla, kirli sirrlərin gizlədilməsi məqsədilə inşa edilmiş bəzi yerlərə daxil olmaq olduqca imkansızdır.

Musavat.com həmin yerlərdən bir neçəsi haqda məlumatları təqdim edir. 

Fort Knox

ABŞ-ın qızıl kassası. Modern dünyada güvənli bölgə mənasını verən "Fort Knox"-da ABŞ-a dair bir çox gizli məlumat saxlanılır. Olduqca möhşəm mühafizə edilən bu yerin giriş qapısı 22 tondur və şifrələri gün ərzində bir neçə dəfə dəyişdirilir. Qapısı və divarları nüvə silahına qarşı belə olduqca dözümlüdür. Bütün dünyadakı ən güvənli tikili olaraq bilinməkdədir. Buraya girmək kimi bir fikriniz varsa, yanınızda mütləq bir ordu gətirməyiniz lazımdır. Çünki, içəridə 30 min nəfərlik ordu sizi gözləmiş olacaq. Bu yerdə həm də ABŞ-ın hərbi bazalarından biri yerləşir.

ADX həbsxanası

ABŞ-ın Kolorado ştatında yerləşən ADX həbsxanası, 1996-cı ildə 168 insanı partlayış nəticəsində öldürən Terry Nikolsdan tutmuş, 2001-ci il 11 sentyabr teraktını planlayan terroruçulara, İŞİD, Əl-Qaidə kimi terror qruplaşmalarının ən təhlükəli üzvlərinə, ağır cinayətlər törətmiş insanlara ev sahibliyi edir. Yüksək müşahidə qüllələri, 3-6 metr uzunluğunda olan elektrikli tellər, hərəkətə həssas detektorlu lazerlər, təzyiqlə hərəkətə keçən sinqalizasiya sistemi, içəridə olan hər şeyi nəzarətdə saxlayan kameralar bu həbsxanada qaçmaq istəyən məhbusların kabusuna çevrilib.

Bundan başqa, həbsxanada hər məhbusbaşına 10-dan çox həbsxana gözətçisi düşür. Burada xidmət edən gözətçilərin ümumi sayı isə, 1000-dən çoxdur. Ən xırda bir hərəkətlənmə burada olan təhlükəsizlik sistemini aktiv hala gətirir. Məhkumlar 7 gün, 24 saat çölə çıxarılmır. Onlar cəza çəkdikləri müddətdə günəş üzü belə görmürlər. Bu günə qədər bu həbsxanadan qaçmağı bacaran bir nəfər belə olmayıb.

Bohemian Klubu