Deputat: Qeyri-neft sektoruna göstərilən diqqət və qayğı öz nəticəsini verib


Digərləri 04 Avq 2019 10:05:00 62 0

Deputat: Qeyri-neft sektoruna göstərilən diqqət və qayğı öz nəticəsini verib

Prezident İlham Əliyev 2019-cu ilin birinci yarısının yekunlarına həsr olunmuş sosial-iqtisadi sahə ilə bağlı müşavirədə əldə olunan nailiyyətləri konkret faktlarla açıqladı.

Bakı. Elçin Mehdiyev – Prezident İlham Əliyev 2019-cu ilin birinci yarısının yekunlarına həsr olunmuş sosial-iqtisadi sahə ilə bağlı müşavirədə əldə olunan nailiyyətləri konkret faktlarla açıqladı. Bunu Trend-ə açıqlamasında Milli Məclisin Yeni Azərbaycan Partiyasından olan deputatı Tahir Rzayev deyib. Deputat bildirib ki, 2019-cu ildə Azərbaycanın inkişafı üçün istər beynəlxalq aləmdə, istərsə də ölkədə uğurlu addımlar atılıb, Azərbaycan iqtisadiyyatı xeyli inkişaf edib: "Bu inkişaf Prezident İlham Əliyevin xüsusi diqqət yetirdiyi qeyri-neft sektorunda daha çox nəzərə çarpır. İlin birinci yarısında respublikamızda iqtisadi artım 2.4 faiz səviyyəsində olub ki, bu da yaxşı göstəricidir. Qeyri-neft sənayesinin 15.7 faiz artması isə xüsusilə təqdirəlayiqdir. Deməli, qeyri-neft sektoruna göstərilən diqqət və qayğı öz nəticəsini verib”. T.Rzayev qeyd edib ki, Azərbaycan iqtisadi potensialını əhəmiyyətli dərəcədə artıraraq dərin məzmunlu sosial siyasət həyata keçirib: “Prezident İlham Əliyevin dəfələrlə bəyan etdiyi kimi, ölkəmizdə aparılan siyasətin mərkəzində Azərbaycan vətəndaşlarının maraqları dayanır. İlham Əliyevin əhalinin sosial rifahının yüksəldilməsini nəzərdə tutuan son sərəncamları Azərbaycan xalqına sonsuz məhəbbətdən, diqqət və qayğıdan qaynaqlanır. Prezident İlham Əliyevin təşəbbüsü ilə 2019-cu ilin ötən dövründə reallaşdırılan sosial paketlərin nəticəsində minimum əməkhaqqında demək olar ki, iki dəfə, minimum pensiyada 72 faizlik artım baş verdi. Bu sosial paketlər 4,2 milyon vətəndaşı əhatə edir. Bunun nəticəsində Azərbaycanda minimum pensiya MDB məkanında alıcılıq qabiliyyəti üzrə birinci göstərici olacaq”. Deputat vurğulayıb ki, bütövlükdə, Azərbaycan dünyaya nümunəvi inkişaf modeli təqdim edir: “Statistik göstəricilərə nəzər saldıqda və müqayisəli təhlillər apardıqda aydın şəkildə görünür ki, beynəlxalq miqyasda Azərbaycan qədər dinamik iqtisadi inkişaf göstəriciləri olan ölkələrin sayı azdır”. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin
“Tualetdəyəm, hamamdayam” deyə, hər şeyi paylaşırlar” like
  • 04 Avq 10:04  
Digərləri “Tualetdəyəm, hamamdayam” deyə, hər şeyi paylaşırlar”

Türkiyəli müğənni Bülənt Ərsoy jurnalistlərin suallarını cavablandır

arrow Ətraflı
İsmayıllıda "Mercedes" yandı like
  • 04 Avq 09:59  
Digərləri İsmayıllıda "Mercedes" yandı

İsmayıllı rayonunda yanğın hadisəsi baş verib.

arrow Ətraflı
Zelenski Trampla görüşə gedir like
  • 04 Avq 09:53  
Dünya Zelenski Trampla görüşə gedir

Ukrayna Prezidenti Vladimir Zelenski ABŞ Prezidenti ilə sentyabrda görüşəc

arrow Ətraflı
Mingəçevirdə qadın dərmandan zəhərləndi like
  • 04 Avq 09:48  
Digərləri Mingəçevirdə qadın dərmandan zəhərləndi

Mingəçevir şəhərində dərmandan zəhərlənmə faktı qeydə alınıb.

arrow Ətraflı
Kişi basketbolçu dopinq testdə hamilə “çıxdı” like
  • 04 Avq 09:42  
Digərləri Kişi basketbolçu dopinq testdə hamilə “çıxdı”

Son olaraq Fransanın "Monako" klubunda çıxış edən basketbolçu D

arrow Ətraflı
Ermənistan silahlı qüvvələri atəşkəsi 22 dəfə pozub like
  • 04 Avq 09:40  
Digərləri Ermənistan silahlı qüvvələri atəşkəsi 22 dəfə pozub

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqam

arrow Ətraflı
Azərbaycan yaponlarla birgə Damcılını araşdırır like
  • 04 Avq 09:37  
Digərləri Azərbaycan yaponlarla birgə Damcılını araşdırır

Qazax şəhərindən 20 km şimal-qərbdə - Daş Salahlı kəndindən təxminə

arrow Ətraflı
İsmayıllıda "Mercedes" yanıb like
  • 04 Avq 09:20  
Digərləri İsmayıllıda "Mercedes" yanıb

İsmayıllı rayonunda yanğın hadisəsi baş verib

arrow Ətraflı
Tramp Texasdakı 19 nəfərin öldürüldüyü hadisədən yazdı like
  • 04 Avq 09:20  
Dünya Tramp Texasdakı 19 nəfərin öldürüldüyü hadisədən yazdı

ABŞ-ın prezidenti Donald Tramp Texasda baş vermiş silahlı insidentə münas

arrow Ətraflı
Moskvada ağır qəza: like
  • 04 Avq 09:15  
Dünya Moskvada ağır qəza:

Rusiyanın paytaxtı Moskvada ağır yol nəqliyyat hadisəsi baş verib.

arrow Ətraflı
Texasda silahlı hücum nətincəsində ölənlərin sayı 20yə çatıb like
  • 04 Avq 09:09  
Dünya Texasda silahlı hücum nətincəsində ölənlərin sayı 20yə çatıb

ABŞ-ın Texas ştatında ticarət mərkəzinə silahlı hücum nəticəsində o

arrow Ətraflı
Rumıniya "Cənub Qaz Dəhlizi"nin genişlənməsində iştirak edəcək like
  • 04 Avq 09:03  
Digərləri Rumıniya "Cənub Qaz Dəhlizi"nin genişlənməsində iştirak edəcək

Rumıniya hökuməti ölkənin Energetika Nazirliyi, "Transqaz" şirk

arrow Ətraflı
Yaponlarla birgə ibtidai icma dövrünə aid olan Damcılı düşərgəsində tədqiqatlara başlanıldı like
  • 04 Avq 08:30  
Digərləri Yaponlarla birgə ibtidai icma dövrünə aid olan Damcılı düşərgəsində tədqiqatlara başlanıldı

Damcılı düşərgəsində Azərbaycan-Yaponiya beynəlxalq arxeoloji ekspedisi

arrow Ətraflı