Kişi basketbolçu dopinq testdə hamilə “çıxdı”


Digərləri 04 Avq 2019 09:42:00 257 0

Kişi basketbolçu dopinq testdə hamilə “çıxdı”

Son olaraq Fransanın "Monako" klubunda çıxış edən basketbolçu DJ Cooper 2020-ci ilədək bütün yarışlardan kənarlaşdırılıb.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, buna idmançının dopinq testdən yayınması səbəb olub.

Əslində, o, dopinq testi üçün sidik nümunəsi təqdim edib. Analiz zamanı isə onun hamilə olduğu üzə "çıxıb".

Sonradan məlum olub ki, basketbolçu dopinqdən canını qurtarmaq üçün laboratoriyaya sevgilisinin sidiyini verib.