Mingəçevirdə qadın dərmandan zəhərləndi


Digərləri 04 Avq 2019 09:48:00 279 0

Mingəçevirdə qadın dərmandan zəhərləndi

Mingəçevir şəhərində dərmandan zəhərlənmə faktı qeydə alınıb.

Son.az APA-ya istinadən Mingəçevir bürosunun məlumatına görə, hadisə şəhərin Heydər Əliyev prospekti 72 ünvanında baş verib.

Belə ki, həmin ünvanda yaşayan gənc qadın - Əmiraslanova Rəmziyə Kərim qızı normadan artıq miqdarda "Kardiomaqnil" dərman pereparatı qəbul edərək zəhərlənib. Qadın dərhal xəstəxanaya yerləşdirilib.

Əldə edilən ilkin məlumata əsasən, o şəxsi münasibətlər zəmnində hisslərinə hakim kəsilə bilməyərək bu addımı atıb.

Faktla bağlı araşdırma aparılır.