Süd, qatıq, pendir, düyü, ət, banan... –


Digərləri 03 Avq 2019 23:45:00 284 0

Süd, qatıq, pendir, düyü, ət, banan... –

Orqanizm üçün çox faydalı olan qidaların nə zaman, günün hansı hissəsində yeyilməsi qidalanmanın ən vacib tərəfidir. Mütəxəssislərin bununla bağlı fikirləri, eləcə də yeni araşdırmaların nəticələri, müasir yanaşmalar hər zaman maraqla qarşılanır.

Son.az e-tibb.az-a istinadən bir sıra qidaların nə zaman yeyilməsinə dair məlumatları təqdim edir.

Uşaq yaşlarında səhər yuxudan oyanan kimi süd içmək çox faydalı saylısa da, bu, böyük yaşlarda problemlərə səbəb olur. Acqarına süd içmək həzmdə problem yarada, mədədə yanma, qarın ağrılarına səbəb ola bilər.

Ac olarkən şəkər, şəkərli məhsullar qəbul etmək qanda şəkəri birdən-birə artırır, bu isə yorğunluq, gərginlik yaradır. Şəkərli qidaları ən yaxşı halda normal yemək yedikdən sonra qəbul etmək lazımdır.

Sitrus meyvələrini- portoğal, narıngini acqarına səhər yemək, suyunu içmək olmaz. Bu, mədədə narahatlıq yaradır. Bu meyvələr yemək yedikdən bir neçə saat sonra qəbul edilməlidir.

Düyü yüksək karbohidrat tərkibli olduğuna görə, gün ərzində özümüzü enerjili hiss etməyimizə yardım edir. Amma onun həzmi də çətin sayılır. Çox düyü yemək artıq çəkiyə səbəb olur. Düyünü günortalar yemək daha yaxşı olar, çünki bu saatlarda orqanizm daha sürətli çalışır və həzm normal gedir.

Ətin də həzmi asan sayılmır. Yatmazdan əvvəl ət yeməklə sağlamlığımıza ciddi ziyan vurmuş oluruq. Ona görə də ətli yeməkləri yatmazdan ən azı 3 saat əvvəl yemək lazımdır.

Acqarına qatıq yemək də düzgün sayılmır. Qatığı ac qəbul etmək mədədə problemlərə yol aça bilər. Ona görə də qatığı yeməkdən sonra, ya da xörəklərin yanında yemək yaxşı olar.