Uzun müddət süd vermək qadınları bu xəstəliklərdən qoruyur


Digərləri 03 Avq 2019 23:10:00 245 0

Uzun müddət süd vermək qadınları bu xəstəliklərdən qoruyur

Ana südünün körpələr üçün faydalarını saymaqla bitməz. Uşağa lazım olan bütün qidalı maddələr ana südündə toplanıb. Körpələrin ən azı ilk 6 ayda təkcə ana südü ilə qidalanmasının vacib olduğu hər zaman vurğulayırlar. Elə sonrakı inkişaf dövründə də uşaqlar üçün əsas, ən ideal qida ana südü sayılır.

Son.az e-tibb.az-a istinadən bildirir ki, körpəni əmizdirməyin analar üçün müsbət tərəflərinin olduğu məlumdur. Son məlumatlara görə, uzun zaman süd verən analarda süd vəzi, yumurtalıq və uşaqlıq xərçəngi çox az hallarda yaranır. Bu qadınlarda süd vəzi xərçənginin yaranma riskinə 22, yumurtalıq xərçəngi yaranma riskinə 30 faiz daha az rast gəlinir.

Bununla yanaşı övladını uzun zaman əmizdirmənin sağlamlıq baxımından digər böyük faydaları da var. Bu, hipertoniya, ürək xəstəlikləri, artıq çəki kimi problemlərlə mübarizə aparmaq baxımından çox önəmli sayılır. Həmin qadınlarda süd verməyən qadınlarla müqayisədə bu xəstəliklərə daha az rast gəlinir. Əmizdirmə müddəti uzun çəkən qadınlarda ikinci tip şəkərli diabet, metabolik sindrom yaranma riski də azalır.

Hesab olunur ki, uşağına bir ildən çox süd verən qadınlarda revmatoid artrid (revmatizm), əmizdirmə müddəti 15 aydan çox olan çəkən qadınlarda skleroz yaranma riskində çox böyük fərqlə azalma var.

Eyni zamanda əmizdirmə depressiya, artıq çəkidən qurtulmaq baxımından da önəmlidir.