Bakıda nəvə nənəsini öldürüb pullarını masaj salonunda xərclədi


Digərləri 03 Avq 2019 23:06:00 235 0

Bakıda nəvə nənəsini öldürüb pullarını masaj salonunda xərclədi

Tamah məqsədilə 77 yaşlı nənəsini amansızlıqla qətlə yetirən, cinayətin izi itirmək üçün nənə-babasının yaşadığı evi yandıran 25 yaşlı gənc ömrünün 19 ilini dəmir barmaqlıqlar arxasında keçirəcək. Baba məhkəmədən qatil nəvəsi üçün ən ağır cəzanın verilməsini istəyib. Nəvə törətdiyi qorxunc əmələ görə özünü təqsirli bilib, amma nənəsini qisas almaq üçün öldürdüyünü iddia edib. Səbəb isə pul və mülk davasıdır. Hansı ki, törədilən ən qəddar cinayətlərin kökündə məhz bu dayanır.

Bakı Ağır Cinayətlər Məhkəməsində nənəsini öldürməkdə, onun yaşadığı mənzilə od vurmaqda ittiham olunan 25 yaşlı Eldar Əfəndiyevin cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

Son.az virtualaz.org-a istinadən bildirir ki,hadisə ötən il noyabrın 6-da paytaxtın Nəsimi rayonu, Ə.Hüseynzadə küçəsi, 81 saylı ünvanında yanğın baş verib.

Yanğın söndürüldükdən sonra həmin evdə yaşamış 77 yaşlı Tamilla Axundovanın üzərində bıçaq xəsarəti olan yanmış meyiti aşkar edilib. Nəsimi rayon prokurorluğu və polis idarəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində cinayət törətməkdə şübhəli bilinən mərhumun nəvəsi Eldar Əfəndiyev tutularaq istintaqa cəlb olunub.

Ona qarşı Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) və 181.3.3-cü (quldurluq)  və 186-cı (əmlakı qəsdən məhv etmə və ya zədələmə) maddəlləri ilə ittiham irəli sürülüb.

Nənəsini öldürdükdən sonra mənizilə od vurub

İstintaq yolu ilə müəyyən edilib ki, Eldar Əfəndiyev nənəsi Tamilla Axundovanın ona pul verməkdən, həmçinin yaşadığı evdən anasına pay verməkdən imtina etməsi səbəbindən ona məxsus qızıl-zinət əşyalarını ələ keçirmək qərarına gəlib. Nənəsini öldürüb, onun yaşadığı evə od vurmağı planlaşdıran Eldar səhər saatlarında özüylə dizel yanacağı götürərək evdən çıxıb. Qapını onun üzünə də elə nənəsi özü açıb. Evə girər-girməz mətbəxə keçib bıçaq götürən Eldar yaşlı nənəsinə çoxsaylı zərbələr endirib. Yaşlı qadına 9 bıçaq vuran nəvə onun öldüyünə əmin olduqdan sonra yataq otağındakı dolabların altını üstünə çevirib. Dolabdan götürdüyü ümumilikdə 22 min manat məbləğində zinət əşyalarını selefona büküb, cibinə qoyub. Özüylə gətirdiyi dizeli otağa səpib, alışqanla od vurub.

Qapıdan çıxarkən nənəsinə məxsus telefonları da götürməyi unutmayıb.

...Tamilla arvadın mənzilindən qatı tüstü çıxdığını görən qonşular hadisə yerinə yanğınsöndürən çağırıblar. Mərhumun qızı Məlahətə zəng vuraraq atası evinin yanmasını xəbər veriblər. M.Axundova öz növbəsində atasına zəng vurub hadisə barədə onu məlumatlandırıb. Yanğın söndürüldükdən sonra evə girən M.Axundova sobanın yanında anasının yanmış meyitini, bacısı oğlu Eldara məxsus şəxsiyyət vəsiqəsini və bir neçə qızıl əşyalarının yerə dağıldığını görüb.

Nəvə pulları masaj salonunda sağa -sola xərcləyib