Uşaqlar çox su içirsə...


Digərləri 03 Avq 2019 22:40:00 257 0

Uşaqlar çox su içirsə...

Uşaqlar çox su içməsi geniş rast gəlinən hallardan biridir. Bir çox uşaqlar daimi olaraq, bəziləri isə xüsusən isti aylarda çox su içirlər. Buna adi yanaşanlar da var, narahatlıq duyanlar da. Uşaqların çox içməsi nə ilə bağlıdır? Bu normaldır, yoxsa hansısa xəstəliyin əlamətidir?

Son.az e-tibb.az-a istinadən bildirir ki, uşaq endokrinoloqu, uzman həkim Azad Əkbərzadə deyib ki, uşaqların çox su içməsi ən çox rast gəlinən problemlərdəndir. Onun sözlərinə görə, suyu çox içmək çox tərləmək, Günəşdə və isti mühitdə çox qalmaq, həddən artıq hərəkət etməklə də bağlı ola bilər. Yəni bu hallar uşaqların suya olan ehtiyacını artırır.

Eyni zamanda şəkərli və şəkərsiz diabet, bəzi dərmanların qəbulu zamanı da uşaqlar çox su istəyə bilər. Həmçinin bu, böyrək və digər sistemlərin xəstəliklərinin ilkin əlaməti ola bilər.

Həkim qeyd edib ki, şübhəli vəziyyətlərdə həkimlə məsləhətləşmək lazımdır.