Beyləqanda birmərtəbəli ev yanıb


Digərləri 03 Avq 2019 22:11:00 202 0

Beyləqanda birmərtəbəli ev yanıb

Beyləqan rayonunda yanğın hadisəsi baş verib.

Son.az Trend-ə istinadən bildirir ki, ümumi sahəsi 49 m² olan birmərtəbəli evin dam örtüyünün taxta atmaları 15 m² sahədə, yaxınlıqda yığılan 34 ton ot bağlamasının 6 tonu və ümumi sahəsi 58 m² olan qamışdan ibarət köməkçi tikili yanıb.

Evin və ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.