Şəkər xəstələrində göz problemləri nə vaxt yaranır?


Digərləri 03 Avq 2019 22:15:00 248 0

Şəkər xəstələrində göz problemləri nə vaxt yaranır?

Şəkərli diabet xəstəliyi həm də gözlərdə ciddi fəsadlara səbəb olur.

Son.az e-tibb.az-a istinadən bildirir ki, oftalmoloq, uzman həkim Fariz Sadıqov deyib ki, şəkərli diabet xəstəsinin gözündə problemin yaranması üçün təxminən 5 il zaman keçməlidir. Adətən xəstəliyin inkişafı zamanı ilk 5 ildə gözdə problem yaranmır.   

Şəkər vəziyyəti nə qədər pis olsa belə, göz dibi damarları buna dözə bilir. Amma beş il sonra şəkəri xəstələrində göz dibində problemlər inkişaf etməyə başlayır.

Mütəxəssis deyib ki, şəkəri, təzyiqi, qanda xolesterin səviyyəsi çox yüksək olanlarda göz dibi problemləri daha tez inkişaf edir.