Ukraynada parlament seçkilərinin nəticələri açıqlandı


Dünya 03 Avq 2019 21:48:00 218 0

Ukraynada parlament seçkilərinin nəticələri açıqlandı

Ukraynada keçirilən növbədənkənar parlament seçkilərinin rəsmi nəticələri açıqlanıb.

Son.az axar.az-a istinadən bildirir ki, bu barədə məlumaı "RİA Novosti" yayıb. Məlumata görə, nəticələri Ukrayna Mərkəzi Seçki Komissiyasının sədri Tatyana Slipaçuk açıqlayıb. O bildirib ki, Prezident Vladimir Zelenskinin Xalqın Xidmətçisi Partiyası 43,16 faiz səslə birinci yeri tutub.

"Rusiya meyilli "Müxalif platforma - Həyat Uğrunda" 13,05 faiz səslə ikinci olub.

Sabiq baş nazir Yuliya Timoşenkonun başçılıq etdiyi "Batkivşina" 8,18 faiz səs toplaya bilib.

Keçmiş prezident Pyotr Poroşenkonun "Avropa Həmrəyliyi" 8,10 faizlə üçüncülüyü qazanıb.