Ərik qurusunun möcüzəvi təsiri aşkarlanıb


Digərləri 03 Avq 2019 21:20:00 331 0

Ərik qurusunun möcüzəvi təsiri aşkarlanıb

Ərik ən faydalı, şəfalı meyvələrdən sayılır. Həm mövsümündə çox qəbul olunur, həm mürəbbələr, şirələr hazırlanır. İl boyu qurudulmuş ərikdən də geniş istifadə olunur. Quru əriyin mətbəxdə xüsusi yeri var, bir sıra yeməkləri, şirniyyatları onsuz təsəvvür etmək mümkün deyil.

Son.az e-tibb.az-a istinadən bildirir ki, alimlər Günəş şüalarının təsiri ilə quruyan əriyin qaraciyəri bərpa etmə xüsusiyyətinin olduğunu bildirirlər. Türkiyənin İnönü Universitetinin Əczaçılıq Fakültəsinin əməkdaşı İsmet Yılmaz heyvanlar üzərində apardığı araşdırma nəticəsində belə qənaətə gəlib ki, ərik qurusu qaraciyərin bərpasında mühüm rola malikdir. Bununla bağlı siçanlar üzərində histoloji, cərrahi və biokimyəvi araşdırmalar aparılıb.

Siçanların qaraciyərinin 70 faizi kəsilərək götürülüb, bundan sonra quru ərikdən hazırlanan yemi yeyən siçanların qaraciyəri 21 gün ərzində bərpa olunaraq əvvəlki halına qayıdıb. Ərikli yem yeməyən siçanların qaraciyəri digər yemlə bəslənənlərin qaraciyəri ilə müqayisədə daha sürətlə bərpa olunub.

Qaraciyərin bərpası ilə bağlı daha əvvəl dəvətikanı toxumu sınaqdan keçirilib və müsbət təsirinin olduğu isbatlanıb.