Londonun hava limanında 170-dən çox reys təxirə salındı


Digərləri 03 Avq 2019 21:00:30 218 0

Londonun hava limanında 170-dən çox reys təxirə salındı

Böyük Britaniyada Londonun Hitrou hava limanında elan olunmuş tətillə əlaqədar 170-dən çox aviareys təxirə salınıb

Bakı. Böyük Britaniyada Londonun Hitrou hava limanında elan olunmuş tətillə əlaqədar 170-dən çox aviareys təxirə salınıb. Trend-in məlumatına görə, həmkarlar təşkilatı hava limanı işçilərinin əməkhaqlarının artırılması tələbi ilə avqustun 5-6-da tətil elan edib. Qeyd olunur ki, tətil ümumilikdə 90 aviaşirkətin reyslərinə təsir edəcək. Aeroport rəhbərliyi sərnişinlərdən uçuşdan əvvəl hava limanına müraciət etməyi tövsiyə edib.