Depressiyadan çıxmaq üçün bunları edin


Digərləri 03 Avq 2019 20:40:00 244 0

Depressiyadan çıxmaq üçün bunları edin

İnsanların ən çox əziyyət çəkdikləri hallardan biri depressiyadır. Depressiyanın müxtəlif yaranma səbəbləri var. Hər hansı bir işin alınmaması, fasiləsiz iş rejimi, maddi və mənəvi çətinliklər və sairə. Elmi araşdırmalar göstərir ki, qadınlarda depressiyaya düşmək ehtimalı, kişilərə nisbətən daha çoxdur.

Son.az e-tibb.az-a istinadən bildirir ki, bunu nevroloq Qalib Əsədov açıqlayıb.

Həkim bildirib ki, depressiyaya düşmüş insan artıq əvvəllər maraqlandığı hər şeyə marağını itirir, yaxşı heç nəyə ümid etmir. Onun sözlərinə görə, depressiya siqaretin, spirtli içkilərin, narkotik maddələrin təsiri nəticəsində də yaranır.

Mütəxəssis deyib ki, depressiyanın ilkin əlamətləri maraq dairəsinin azalması, heç nədən zövq ala bilməmək, halsızlıq, yuxusuzluq və ya həddən artıq yatmaq istəyi, çəki problemi, iştahasızlıq və ya həddən artıq yemək istəyi, baş vermiş hadisə haqda bütün gün düşünmək və özünü günahkar bilmək, əsəbi və hövsələsiz olmaq, intihar haqda fikirləşmək və buna cəhd göstərmək və s.dir.

Bəs depressiyadan necə çıxmaq olar?

Mütəxəssis bununla bağlı bir sıra tövsiyələr verib:

Etdiyiniz gözəl işləri yadınıza salın

Hər axşam yatmamışdan əvvəl təmiz hava alın və sabah hər şeyin daha yaxşı olacağına inanın