İydənin bu qədər xəstəliyin dərmanı olduğunu bilirdiniz?


Digərləri 03 Avq 2019 20:10:00 436 0

İydənin bu qədər xəstəliyin dərmanı olduğunu bilirdiniz?

İydə ən çox xoşlanan quru meyvələrdən biridir. Eyni zamanda ən şəfalı qidalar sırasında adı tez-tez çəkilir. İydənin faydaları hansılardır? Nəyə görə şəfalı sayılır?   

Son.az e-tibb.az-a istinadən bildirir ki, birinci növbədə iydənin bağırsaq sisteminə olan təsiri qeyd olunur. İydə bağırsaq sistemini gücləndirir. Mədə-bağırsaq xərçəngi yaranmasının qarşısını alan qidalar sırasında iydə də var. Həzm problemləri zamanı çox faydalıdır. İydə ən çox ishal müalicəsində istifadə olunur.

İydə sabit çəkidə qalmağa yardım edir. Qanda insulin səviyyəsinin normallaşdırılmasına yardımçı olaraq yağ metabolizmini normallaşdırır.

İydə meyvələrini balla qarışdırıb, sidik saxlaya bilməmək problemi zamanı istifdaə etmək olar.

İydə mədə bulanması, qusma, eləcə də öskürək zamanı da müsbət təsir göstərir.