Moskvada etirazlar:


Dünya 03 Avq 2019 19:52:00 261 0

Moskvada etirazlar:

Rusiyada müxalif namizədin Moskva şəhər Dumasına keçirilən seçkilərə buraxılmamasına etiraz edən insanlar avqustun 3-də küçələrdə yürüş təşkil ediblər.

Aksiyada təxminən 600 nəfər saxlanılıb, BBC Rusca xəbər verir. Polisin saxladığı şəxslər arasında siyasi-ictimai fəal Lyubov Sobol və jurnalist Arkadi Dubnov da var.

Rusiya Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, aksiyada "350 nəfər iştirak edib və 30 nəfər saxlanıb".

Rəsmilər Moskvanın mərkəzindəki ticarət mərkəzlərinin - dükan və restoranların bu gün fəaliyyət göstərməməsini və ya təhlükəsizlik tədbirləri görməsini məsləhət görüb.

Keçən həftə olduğu kimi, bu dəfə də şəhər meriyası aksiyaya icazə verməyib.