Lənkəranda 1 ədəd F-1 əl qumbarası tapılıb (FOTO)


Digərləri 03 Avq 2019 19:40:20 189 0

Lənkəranda 1 ədəd F-1 əl qumbarası tapılıb (FOTO)

Dövlət Sərhəd Xidmətindən ANAMA-ya Lənkəran şəhəri, Liman qəsəbəsi ərazisində 1 ədəd əl qumbarasının tapılması barədə məlumat daxil olub.

Bakı. 2019-cu il 03 Avqust tarixində saat 09:37-də Dövlət Sərhəd Xidmətindən Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Lənkəran şəhəri, Liman qəsəbəsi ərazisində 1 ədəd əl qumbarasının tapılması barədə məlumat daxil olub. ANAMA-dan Trend-ə verilən məlumata əsasən, Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Dövlət Sərhəd Xidmətinin əməkdaşları dərhal həmin əraziyə göndərilib. Agentliyin mütəxəssisləri və Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən birlikdə yuxarıda adı qeyd olunmuş ərazidə dəniz sahilinə baxış keçirilmişdir. Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi sərhədçilər tərəfindən mühasirəyə alınmışdır. Agentliyin mütəxəssisləri tərəfindən aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 1 ədəd F-1 əl qumbarası aşkar olunmuş, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınmışdır.