Suriyada hərbi bazada güclü partlayış olub


Dünya 03 Avq 2019 19:24:00 214 0

Suriyada hərbi bazada güclü partlayış olub

Suriya Hərbi Hava Qüvvələrinin Homs əyalətinin Şayrat rayonunda yerləşən bazasında güclü partlayış olub.

Son.az Trend-ə istinadən bildirir ki, insident vaxtı keçən partlayıcı materialların başqa yerə daşınması zamanı baş verib.

Bildirilir ki, hadisə nəticəsində hərbi bazada olan bir neçə nəfər ölüb.

Qeyd olunub ki, partlayış yol verilən ehtiyatsızlıq səbəbindən olub.