1 milyard dollarlıq narkotik ələ keçirildi


Dünya 03 Avq 2019 18:30:00 178 0

1 milyard dollarlıq narkotik ələ keçirildi

Almaniyanın Hamburq limanında gömrük işçiləri ölkə tarixinə düşən külli miqdarda narkotik maddə ələ keçiriblər.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, ələ keçirilən 4,5 ton kokainin 1 milyard dollar dəyərində olduğu bildirilir.

Qeyd olunur ki, narkotik maddələri Uruqvaydan Belçikaya aparmaq istəyiblər. Cinayətkarlar narkotikləri 200 çantaya yerləşdirib. Ələ keçirilən narkotiklər artıq məhv edilib.