Qaxda arvadı komada olan ər özünü doğradı


Digərləri 03 Avq 2019 18:12:49 542 0

Qaxda arvadı komada olan ər özünü doğradı

Qaxda həyat yoldaşı ağır xəstə olan şəxs özünə xəsarət yetirib.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə günorta saatlarında baş verib.

Belə ki, rayon sakini Abdurahmanov Adil Yahya oğlu özünü şüşə qırıntıları ilə doğrayıb.

Qax Rayon Xəstəxanasından verilən məlumata görə, xəstəyə aşağı və yuxarı ətrafların qarın nayihəsinin çoxsaylı kəsilmiş-cırılmış yarası diaqnozu qoyulub. Onun vəziyyətinin kafi olduğu bildirilir.

Adil özünə qəsd etmə səbəbini həyat yoldaşının vəziyyətinin ağır olması ilə əlaqələndirib.

Qeyd edək ki, onun həyat yoldaşı Abdurahmanova Nərmin xəstəxananın reanimasiya şöbəsində müalicə alır. Həkimin dediyinə görə, xəstə koma vəziyyətindədir.