Bakıda 2 nəfər suda boğuldu


Digərləri 03 Avq 2019 18:19:11 200 0

Bakıda 2 nəfər suda boğuldu

Bakının Xəzər rayonunun Türkan qəsəbəsi ərazisində suda boğulma hadisəsi baş verib

Bakı. Ilhamə Isabalayeva - Bakının Xəzər rayonunun Türkan qəsəbəsi ərazisində suda boğulma hadisəsi baş verib. Səhiyyə Nazirliyindən Trend-ə verilən məlumata görə, təcili tibbi yardıma çağırış saat 15:26-da daxil olub: "Məlumatda iki nəfərin suda boğulması bildirilib. Həkimlər hadisə yerinə gəldikdə suda boğulanların 5 yaşlı oğlan və 30 yaşlı qadın olması müəyyən olub. Qadın dünyasını dəyişib, uşağı həkimlərin səyi nəticəsində həyata qaytarmaq mümkün olub. Ağır vəziyyətdə olan uşaq 26 saylı BŞX-ya çatdırılıb. Lazımı yardımdan sonra uşağın 3 saylı xəstəxanaya keçirilməsi planlaşdırılır".