Bakıda ölümlə nəticələnən qəzaların


Digərləri 03 Avq 2019 17:58:00 225 0

Bakıda ölümlə nəticələnən qəzaların

Bakı Nəqliyyat Agentliyi (BNA) Bakının bəzi ərazilərində ölümlə nəticələnən yol qəzalarının səbəbini açıqlayıb.

Trend-in məlumatına görə, Heydər Əliyev prospektinin Böyükşor yol qovşağından Mərdəkan yol qovşağına qədər olan hissəsində baş vermiş yol nəqliyyat hadisələri narahatçılıq doğurduğundan ərazi təhlil edilib və qəzaların baş vermə səbəbi kimi bir sıra problemlər qeydə alınıb.

Problemlərdən biri prospektin Böyükşor yol qovşağından Sabunçu yol qovşağına qədər olan hissəsində ayırıcı zolaqda təhlükəsizlik sədlərinin olmamasıdır. Nəticədə idarəetməni itirən nəqliyyat vasitələri yolun əks istiqamətinə çıxır və ağır qəzaların baş verməsinə səbəb olur. Qeyd edək ki, yolun əks istiqamətinə çıxmaqla törədilən yol nəqliyyat hadisələrində ölüm riski digər yol nəqliyyat hadisələrindən 3 dəfə yüksək qiymətləndirilir. Təsadüfi deyil ki, son 1 ay ərzində bu ərazidə Agentlik tərəfindən qeydə alınmış bu tip hər iki yol nəqliyyat hadisəsi ölümlə nəticələnib;

BNA-nın təhlilinə əsasən, digər problem yolda sürət həddinin yüksək olmasıdır. Hal-hazırda Heydər Əliyev prospektinin Böyükşor yol qovşağından Mərdəkan yol qovşağına kimi olan əksər hissəsində sürət həddi ilk iki zolaqda 120 km/saat müəyyən edilmişdir. Bu da yüksək sürət halında sürücülərin bir çox vəziyyətlərdə qeyri-peşəkarlıqları nəticəsində idarəetməni itirmə risklərinin artmasına səbəb olur.