Türkiyədə FETÖ ilə əlaqədə şübhəli bilinən 41 polis əməkdaşı saxlanıldı


Dünya 03 Avq 2019 16:44:00 285 0

Türkiyədə FETÖ ilə əlaqədə şübhəli bilinən 41 polis əməkdaşı saxlanıldı

Türkiyənin hüquq-mühafizə orqanları 19 şəhərdə FETÖ terror təşkilatına qarşı genişmiqyaslı əməliyyat keçiriblər.

Son.az virtualaz.org-a istinadən bildirir ki, Adana vilayət prokurorluğunun, daxili işlər, terrorçuluğa və mütəşəkkil cinayətkarlığa qarşı mübarizə idarələrinin birgə keçirdiyi əməliyyat nəticəsində FETÖ üzvü olmaqda şübhəli bilinən 41 polis əməkdaşı saxlanılıb.

Onların FETÖ ilə ordudakı təmsilçiləri arasında əlaqə yaradan "təşkilatın imamları" ilə xüsusi xəbərləşmə sistemi vasitəsilə mütəmadi olaraq əlaqə saxladıqları ehtimal olunur.

Əməliyyat zamanı digər şəhərlərdə saxlanılan şəxslər də Adanaya gətirilib.