2 deputatın davası çərçivədən çıxdı "Səni bataqlıqdan çıxardana cahil yazırsansa...”


Digərləri 03 Avq 2019 16:22:00 229 0

2 deputatın davası çərçivədən çıxdı  "Səni bataqlıqdan çıxardana cahil yazırsansa...”

Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalının həmkarı, Böyük Quruluş Partiyasının rəhbəri Fazil Mustafa ilə davası səngimək bilmir. F.Mustafanın görkəmli dövlət xadimi Şah İsmayıl Xətai haqqında dediklərindən sonra başlanan qarşıdurma daha da böyüyüb.

Son olaraq, BQP sədrinin həmkarını cahil adlandırması odun üzərinə benzin töküb. Son.az bildirib ki, bundan qəzəblənən F.Ağamalı musavat.com-a bu açıqlamanı göndərib: "Son statusum görünür Fazil Mustafanı çox əsəbləşdirib və məni cahillikdə ittiham edib. Özünü təkrarsız tarixi şəxsiyyətlərlə bir sırada, hətta bəzi hallarda onlardan üstün görən Fazil Mustafaya kiçik bir xatirlatma yerinə düşərdi. Sənin qaragüruhun bataqlığından çıxarılıb, normal həyata, sivil siyasi müstəviyə gətirilməyində böyük əmək sərf edəni cahil adlandırırsansa, məntiqlə bəs onda sən kimsən?

P. S. Davranış və fikirlərini nizamlaya bilməyənlə söz savaşına çıxmağı mənasız və vaxt itkisi hesab edirəm".