Türkiyəli məşhur aktyor vəfat etdi FOTO


Dünya 03 Avq 2019 15:28:00 274 0

Türkiyəli məşhur aktyor vəfat etdi  FOTO

Türkiyənin məşhur aktyoru Cengiz Sezici 69 yaşında dünyasını dəyişib.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, kino və teatr aktyoru nəfəs darlığı probleminə görə ötən gün xəstəxanaya yerləşdirilib. Həkimlərin müdaxiləsinə baxmayaraq o, bu gün səhər saatlarında vəfat edib.

Qeyd edək ki, bir çox serialda rol alan C. Sezici sonuncu dəfə "Söz"də oynayıb.


Xəbərə aid fotolar