Bu gün ABŞla “Taliban” arasında danışıq olacaq


Dünya 03 Avq 2019 15:06:00 227 0

Bu gün ABŞla “Taliban” arasında danışıq olacaq

Dohada "Taliban" və ABŞ nümayəndələri arasında danışıqlar bu gün yenidən başlayacaq. 

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə hərəkatın nümayəndəsi Zabiullah Mucahid öz tvitter mikrobloqunda məlumat verib.

"Müzakirələr (...) bu gün Qətərdə saat 10: 00-da yenidən başlayacaq",- deyə o, qeyd edib.

Ötən gecə ABŞ-ın Əfqanıstandakı Barışıq Məsələləri üzrə xüsusi nümayəndəsi Zalmay Xəlilzad da Talibanla danışıqların bərpa olunduğunu açıqlayıb.

"Mən yalnız "Taliban"la danışıqları bərpa etmək üçün Dohaya gəldim. Məqsədimiz sülh razılaşmasıdır, qoşunların çıxarılması barədə razılaşma deyil, geri çəkilməsini təmin edəcək bir sülh sazişi... Əfqanıstandakı mövcudluğumuz şərtlərə əsaslanır və istənilən nəticə şərtlərə söykənəcək.