Dövlət Toxum Fondu Yaponiya şirkətləri ilə toxumçuluq sahəsində əlaqələri genişləndirir


Digərləri 03 Avq 2019 13:29:54 232 0

Dövlət Toxum Fondu Yaponiya şirkətləri ilə toxumçuluq sahəsində əlaqələri genişləndirir

Bakıda Dövlət Toxum Fondunun rəhbərliyi ilə Yaponiyanın “Dentsu Group” və “Kaneko Seeds” şirkətlərinin rəhbər şəxsləri arasında görüş keçirilib.

Bakı. Bakıda Dövlət Toxum Fondunun rəhbərliyi ilə Yaponiyanın “Dentsu Group” və “Kaneko Seeds” şirkətlərinin rəhbər şəxsləri arasında görüş keçirilib. Kənd Təsərrüfatı Nazirliyindən Trend-ə verilən məlumata görə, görüşdə Dövlət Toxum Fondunun sədri Emin Əliyev, “Dentsu group” şirkətinin baş meneceri Toshihiro Fukushima və biznesin inkişafı üzrə inzibatçısı Takahiro Akiyama, “Kaneko Seeds” şirkətinin beynəlxalq əlaqələr üzrə inzibatçısı Tomoaki Sakamoto iştirak edib. Tədbirdə çıxış edən Dövlət Toxum Fondunun sədri Emin Əliyev keyfiyyətli toxum istehsalı ilə bağlı görülən işlər, eləcə də azərbaycanlı alimlərin seleksiya nailiyyətləri barədə qonaqlara məlumat verib. “Kaneko Seeds” şirkətinin beynəlxalq əlaqələr üzrə inzibatçısı Tomoaki Sakamoto bildirib ki, Azərbaycan toxumçuluq sahəsində ciddi addımlar atır. Bildirilib ki, Azərbaycanın artan inkişaf göstəricələri arasında aqrar sahənin xüsusi çəkisinin olması təsadüfi deyil. Qeyd olunub ki, kənd təsərrufatının inkişaf etdirilməsi və məhsul istehsalının artırılması əhalinin ekoloji təmiz ərzaqla, sənayenin isə xammalla təmin olunması deməkdir. O, çoxillik təcrubəyə malik Yaponiyanın qabaqcıl təcrübəsinin öyrənilməsi və qarşılıqlı əlaqələrin qurulmasının Azərbaycanda aqrar sahədə geniş prespektivlərə yol açacağını vurğulayıb.