Yol polisinin yanında “avtoş”luq etdi,


Digərləri 03 Avq 2019 12:59:00 241 0

Yol polisinin yanında “avtoş”luq etdi,

Bakıda avtoxuliqanlıq edən sürücü Nəsimi Rayon Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Son.az avtosfer.az-a istinadla xəbər verir ki, avqustun 1-də, saat 21.44 radələrində 30 yaşlı Cəbrayılov Pərvin Şahmurad oğlu idarə etdiyi "Mercedes" markalı avtomobillə yol polisinin gözü qarşısında avtoxuliqanlıq edib. Sürücü Neftçilər prospektində - Dəniz Limanının qarşısından başlayaq Yusif Səfərov küçəsinin sonuna qədər sağ-sol manevrlər edib, dəfələrlə sağdan ötmə əməliyyatı aparıb, sürət həddini aşaraq təhlükəli manevrlər edib.

Yol polisi onu saxlayaraq maşını cərimə meydançasına aparıb. Sürücü barəsində toplanmış materiallar isə Nəsimi Rayon Məhkəməsinə təqdim edilib. Məhkəmənin qərarı ilə Pərvin Cəbrayılovun sürücülük hüququ 1 il müddətinə məhdudlaşdırılıb. Eyni zamanda, o, 600 manat məbləğində cərimə edilib.

Sürücünün saxlanmasına səbəb olan görüntüləri təqdim edirik: