Ev versə, onu bıçaqlayan ərini bağışlayacağını açıqladı


Kriminal 03 Avq 2019 12:42:00 213 0

Ev versə, onu bıçaqlayan ərini bağışlayacağını açıqladı

Bakı Ağır Cinayətlər Məhkəməsində namus üstündə arvadını bıçaqlamaqda təqsirləndirilən 1985-ci il təvəllüdlü Vüqar Ələkbərovun məhkəməsi keçirilib. 

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, hakim Mahmud Ağalarovun icraatında olan prosesdə şahidlər dindirilib.

İttihama görə, V.Ələkbərov bir zamanlar münasibətdə olduğu Şəbnəm Ələsgərovanı bıçaqlayıb.

İclasda V. Ələkbərovun sinif yoldaşı Vüsal Əliyev deyib ki, Vüqar Moskvada olan zaman ona zəng edərək ailəsindən, evindən muğayat olmasını xahiş edib: "Mən də dedim ki, narahat olma. Nəsə problem olsa, özüm yoluna qoyacam. Dedim heç problem olmasına şərait yaratmaram".

Ş.Ələsgərova onu bıçaqlayan keçmiş sevgilisini bağışlamaq üçün evi ona hədiyyə etməsini şərt qoyub.