İti tumarlayan qadının əlləri və ayaqları kəsildi


Dünya 03 Avq 2019 12:26:00 287 0

İti tumarlayan qadının əlləri və ayaqları kəsildi

ABŞ-n Ohaya ştatının sakini Meri Treyner itin tüpürcəyi vasitəsilə ağır infeksiyaya yoluxaraq, yuxarı və aşağı ətraflarından məhrum olub. 

Son.az bizimyol-a istinadən xəbər verir ki, Karib adalarında keçirdikləri məzuniyyətdən qayıtdıqdan sonra, qadın özünü pis hiss eləməyə başlayıb. Onun bel nahiyyəsi güclü ağrıyır, ürəyi bulanırdı. Lakin Treyner qripə yoluxduğunu düşünürdü.

Bir müddətdən sonra halı pisləşdiyi üçün qadın xəstəxanaya yerləşdirilir. İntensiv terapiyaya baxmayaraq, Treynerdə sepsis başlayır. O, süni komaya salınsa da, artıq qanqrena başlamışdı. Həkimlər qadının həyatını xilas etmək üçün, onun dizdən yuxarıyadək ayaqları və əllərini amputasiya etməli oldular.

Bildirilir ki, Treynerin analizlərində, adətən, it və pişiklərdə rast gəlinən "Capnocytophaga" bakteriyaları aşkar edilib. Bu bakteriyalar ya heyvanın dişləyi, ya da tüpürcəyi ilə ötürülür.