“VAZ”ın kapotunda oturan gənc cəzalandırılacaq


Digərləri 03 Avq 2019 11:42:00 218 0

“VAZ”ın kapotunda oturan gənc cəzalandırılacaq

Bakı küçələrində hərəkət edən yeşiklə yüklənmiş "VAZ 2106" markalı avtomobilin üzərində oturan gənc oğlanla bağlı araşdırma başlanılıb.

Son.az xəbər verir ki, bunu oxu.az-a açıqlamasında Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov deyib.

Onun sözlərinə görə, sosial şəbəkələrdə yayılan videogörüntüyə baxış keçirilib:

"İlkin baxışdan da məlum olur ki, bu hərəkətdə cəza tərkibi, "Yol hərəkəti haqqında" qanunun tələblərinin pozulması faktları var. Bununla bağlı araşdırma aparılır".

V.Əsədov bildirib ki, xətanı törədənin məsuliyyətə cəlb edilməsi üçün müvafiq tədbirlər həyata keçiriləcək".