Dövlət Məşğulluq Xidməti bu il 1130 nəfərə işsizlikdən sığorta ödənişi təyin edib


Digərləri 03 Avq 2019 11:43:00 202 0

Dövlət Məşğulluq Xidməti bu il 1130 nəfərə işsizlikdən sığorta ödənişi təyin edib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti cari ilin ötən dövründə 1130 nəfərə işsizlikdən sığorta ödənişi təyin edib.

Bakı. İlhamə İsabalayeva - Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti cari ilin ötən dövründə 1130 nəfərə işsizlikdən sığorta ödənişi təyin edib. Nazirliyin İctimaiyyətlə Əlaqələr və Kommunikasiya şöbəsindən Trend-ə verilən məlumata görə, müəssisənin ləğvi və ya işçilərin (yaxud ştatların) sayının ixtisar edilməsi nəticəsində işini itirmiş və aidiyyəti rayon (şəhər) Məşğulluq Mərkəzində işsiz kimi qeydiyyata alınmış şəxslərə qanunvericiliyə uyğun olaraq, işsizlikdən sığorta ödənişi verilir. İşsizlikdən sığorta Dövlət Məşğulluq Xidmətinin rayon (şəhər) Məşğulluq Mərkəzlərində qeydiyyata alındıqdan sonra işsiz kimi qeydiyyata düşmək hüququ yaranan və azı 3 il sığorta stajı olan şəxslərə təyin edilir. Sığorta ödənişi işsiz şəxsin sığorta stajından asılı olaraq onun orta aylıq əmək haqqının məbləğinə faiz dərəcələri tətbiq olunmaqla hesablanır.