Xalq artisti: Sənət adamları cəmiyyətin bütün sahələrini əhatə edən islahatları böyük rəğbətlə qarşılayırlar VİDEO


Digərləri 03 Avq 2019 10:52:00 254 0

Xalq artisti: Sənət adamları cəmiyyətin bütün sahələrini əhatə edən islahatları böyük rəğbətlə qarşılayırlar  VİDEO

Azərbaycan inkişaf etdikcə paytaxt Bakının görünüşü dəyişir. Bakı ilə yanaşı, bölgələrimiz də yeniləşir, rayonlarda yeni infrastruktur yaradılır. Bir sözlə, artıq paytaxt ilə bölgələr arasındakı fərq hiss edilmir. Bu yeniliklər, gözəlliklər təbii ki, ziyalılarımızın, mədəniyyət və incəsənət xadimlərimizin diqqətindən yayınmır.

Son.az xəbər verir ki, bunu Xalq artisti, dirijor Teymur Göyçayev "PREZİDENT. Müstəqillik. Təhlükəsizlik. Rifah"videolayihəsi çərçivəsində Trend-ə deyib.

Dirijorun sözlərinə görə, sənət adamları Prezident İlham Əliyevin mədəniyyət sahəsinə göstərdiyi xüsusi diqqət və qayğını, həmçinin cəmiyyətin bütün sahələrini əhatə edən islahatları böyük rəğbətlə qarşılayırlar:

"Mən heç bir ölkədə görməmişəm ki, mədəniyyət işçiləri ilə yüksək səviyyəli görüşlər keçirilsin, onlardan hansı problemlərinin olduğu soruşulsun. Sənətkarlarımızın bir çoxu təqaüd alır, evlə təmin olunub. Şəxsən mən insana hansı qayğı lazımdırsa, hamısını cənab Prezidentdən görmüşəm. Hətta 60 illik yubileyimdə "Şöhrət" ordeni ilə təltif edildim. Prezidentə çox minnətdaram ki, mənim gördüyüm işlərə belə yüksək qiymət verir.

15-20 il əvvəl xaricə gedən dostlarımız buraya gələndə gözlərinə inanmırlar. Təəccüblənirlər ki, bu, həmin Bakıdır?! Bizim nəinki paytaxtımız, bölgələrimiz də gözəlləşir. Bölgələrdə yollar, hotellər də Avropa standartlarına uyğundur. Təbii ki, buna görə bölgələrə turist axını var və mən əminəm ki, bu axın daha da artacaq".