Evə basqın edib yaşlı qadını zorladılar


Kriminal 03 Avq 2019 10:58:00 232 0

Evə basqın edib yaşlı qadını zorladılar

İmişli rayonunda yaşlı qadının evinə basqın edərək quldurluq etmiş və həmin qadını zorlamaqda təqsirlənidirilərək məhkum edilən qrup üzvlərindən biri Ali Məhkəməyə müraciət edib.

Son.az ölkə.az-a istinadən xəbər verir ki, Ali Məhkəməyə müraciət edən İmişli rayon sakini İbrahimov Xalid Mehdi oğlu üzərindəki 149.2.1-ci, yəni zorlama-qrup şəklində törədildikdə maddəsinin götürülməsini xahiş edib. O, qeyd edilən maddə üzrə cinayət törətmədiyini və işə yenidən baxılmasını xahiş edib.

İş Ali Məhkəmədə hakimi Gülzar Rzayevanın icraatına verilib.

Qeyd edək ki, hadisə 2017-ci ilin iyulunda İmişli şəhərində baş verib. 3 nəfər şəxslər kimsəsiz, yaşlı qadının evinə daxil olaraq onu zorlayıblar və evdən oğurluq ediblər. Belə ki, İyulun 28-də İmişli şəhəri, Şıxlinski küçəsindəki evdə tək yaşayan, ailə həyatı qurmayan yaşlı qadının evinə daxil olan 3 nəfər maskalı şəxs qadının əl-qolunu bağlayaraq onu zorlayıblar.

Evə daxil olan şəxslər mənzildən 1000 manat pul və qızılı-zinət əşyaları oğurlayaraq qaçıblar. Hadisə ilə bağlı cinayət işi açılıb.  Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində İmişli rayon sakinləri - 1990-cı il təvəllüdlü İbrahimov Xalid Mehdi oğlu, 1992-ci il təvəllüdlü Cəfərov Asim Şakir oğlu və 1980-ci il təvəllüdlü Fərzəliyev Eyvaz Nadir oğlu polis tərəfindən saxlanılıb.