Arvadlarını başqa məktəbə keçirmək istədilər,


Digərləri 03 Avq 2019 10:41:00 232 0

Arvadlarını başqa məktəbə keçirmək istədilər,

Özlərini Təhsil Nazirliyinin əməkdaşları kimi təqdim edən dələduzların işi Binəqədi Rayon Məhkəməsinə verilib.

Son.az xəbər verir ki, bu barədə oxu.az-a Binəqədi Şəhər Prokurorluğundan məlumat verilib.

Kərimov Kənan Etibar oğlu və Rüstəmov Səbuhi Əşrəf oğlu hakim qarşısına çıxacaqlar. Onlara qarşı Cinayət Məcəlləsinin 178.1, 178 2.1 və 178.2.2-ci maddələri (bir qrup şəxs tərəfindən törədilmiş dələduzluq) üzrə cinayət işi qaldırılıb. Hər iki şəxs həmin maddələlər üzrə ümumilikdə 71 min manat mənimsəməkdə ittiham olunur.

Dələduzların törətdikləri əməlin qurbanı olan Seymur Veysəlov və onun adının açıqlanmasını istəyəmən dostu İ.Q. sözügedən sayta müraciət ediblər. Onlar təqsirkarların qanunla ciddi cəzalandırılmasını tələb edirlər.

S.Veysəlov və dostu müəllimə işləyən həyat yoldaşlarının yaxınlıqdakı orta ümumtəhsil məktəblərinə keçirilməsi problemi ilə üzləşiblər.

"Həyat yoldaşlarımız ötən il müəllimlik üzrə dövlət imtahanı veriblər və müəyyən sayda bal toplayaraq işə qəbul olunublar. Onlar üçün müəyyən edilən məktəblər qaldığımız yerdən çox uzaqda yerləşdiyinə görə Mahir adlı tanışın tövsiyəsi ilə Kənan Kərimovla görüşdük. Mahir Kərimovun yaxın dostu olub. Sonuncu pul müqabilində həyat yoldaşlarımızı yaxın məktəblərə keçirməyi vəd edib", - S.Veysəlov deyir.

Zərərçəkənlər K.Kərimovun vədlərinə inanıblar, çünki o, təhsil sahəsində işləyib. K.Kərimova tələb etdiyi məbləğ (S.Veysəlovdan 5 min, dostundan isə 6 min manat) verilib. Lakin o, vədinə əməl etməyib.