Meksikada 2 minə yaxın sakin təxliyə olundu


Dünya 03 Avq 2019 10:30:00 215 0

Meksikada 2 minə yaxın sakin təxliyə olundu

Meksikanın Mexiko ştatında qaz sızması ilə əlaqədar sakinlərin təxliyəsi aparılıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, bölgədən 2 minə yaxın sakin təxliyə edilib.

Prosesə hərbçilər də qatılıb. Qeyd olunur ki, sızma "Pemex" neft-qaz şirkətinə məxsus qaz kəmərinə qeyri-qanuni qoşulma səbəb ilə əlaqədar baş verib.

Qaz sızmasının fəsadlarının aradan qaldırılması, boru kəmərinin bərpası üzrə işlər davam etdirilir.