"Bəzi sözlərin altında qalmağa qərar verdim"


Şou-biznes 03 Avq 2019 10:17:15 219 0

"Bəzi sözlərin altında qalmağa qərar verdim"

İlin böyük hissəsini Türkiyədə keçirən İradə İbrahimova yazdığı statusla çoxlarının fikirlərini qarışdıra bilər.

Son.az xəbər verir ki, xanım müğənni onun qəlbini qıran insanların cavabını verməyəcəyini bəyan edib.

İradə səbəbini bu fikirlərlə izah edib:

"Bəzi söylənən sözlərin altında qalmağa qərar verdim. Biri mənə söz atdığında, hətta söyləyən sözünün mənasının fərqində olmursa və atdığı söz, o sözün məni deşib keçdiyini, əzib keçdiyini düşünərkən mən yenə özümlə bağlı bir şeylər düşünürəm və başa düşməyə çalışıram. Mənə ağır gələn o söz "altında əziləcəyim ya da əziləcəkləri" qədər ağır bir şeylərimin olduğunu xatırladır mənə. Əvvəlcə sözü söyləyənə əsəbləşirəm, sonra "niyə bu qədər etina edirem ki?!" deyib yaxşıca özümə əsəbləşirəm. "Kaş ki, söyləyən də o qədər ağır sözlər sərf etməsəydi" deyirəm. Əslində...o da söyləyə bilər, sözünü deməkdə, fikrini söyləməkdə hər kəs sərbəstdir. Yaxşı bəs onun o sözü mənə neyləyir, neyləyir ki, o söz mənə bu qədər ağır gəlir?! Baxın, əsas lazım olan məqam indi başlayır... Özümü başa düşdüyüm, istəyirəmsə qarşımdakı insanı başa düşməyin yollarını axtarıb tapdığım, lazım bilərsəm ona "sözünü yedirib" yeni bir məsuliyyət alacağam, istəyirəmsə münasibətin pozulmamağının yollarını axtaracağam, söylədiyi sözün yaşadığı travmalarla, yaralarla əlaqəli olub-olmadığını ölçüb-biçəcəyim. Qısaca, nə istədiyimi biləcək qədər ozümü eşidəcəyim yerdəyəm".


Xəbərə aid foto