Meksikada 2 minə yaxın sakin təxliyə olundu - Qaz sızmasına görə


Digərləri 03 Avq 2019 10:13:00 203 0

Meksikada 2 minə yaxın sakin təxliyə olundu - Qaz sızmasına görə

Meksikanın Mexiko ştatında qaz sızması ilə əlaqədar sakinlərin təxliyəsi aparılıb.

Bakı. Meksikanın Mexiko ştatında qaz sızması ilə əlaqədar sakinlərin təxliyəsi aparılıb. Trend-in məlumatına görə, bölgədən 2 minə yaxın sakin təxliyə edilib. Prosesə hərbçilər də qatılıb. Qeyd olunur ki, sızma “Pemex” neft-qaz şirkətinə məxsus qaz kəmərinə qeyri-qanuni qoşulma səbəb ilə əlaqədar baş verib.