Bu abidələr də dövlət tərəfindən


Digərləri 03 Avq 2019 09:55:00 225 0

Bu abidələr də dövlət tərəfindən

Dövlət mühafizəsinə götürülmüş daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına Bakıda yerləşən yeni abidələr daxil edilib.

Son.az Trend-ə istinadən xəbər verir ki, Nazirlər Kabineti (NK) bununla əlaqədar "Azərbaycan Respublikası ərazisində dövlət mühafizəsinə götürülmüş daşınmaz tarix və mədəniyyət abidələrinin əhəmiyyət dərəcələrinə görə bölgüsünün təsdiq edilməsi haqqında" qərarına dəyişiklik edib.

Bu qərara əsasən, "Yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısı"nın "Memarlıq abidələri" bölməsinə yeni abidələr daxil edilib.

Həmin abidələr S.Rüstəm küçəsi, 10, 1913-cü il tarixə aid olan İbadət evi, eyni zamanda R.Rza küçəsi (34) ilə H.Aslanov küçəsinin (85) kəsişməsində yerləşən məsciddir.