Dünyanı silkələyən açıqlama: ABŞla


Dünya 03 Avq 2019 09:31:00 233 0

Dünyanı silkələyən açıqlama: ABŞla

ABŞ danışmaq istərsə danışacağıq, döyüşmək istərsə də döyüşəcəyik.

Son.az publika.az-a istinadən xəbər verir ki, bunu ABŞ-Çin ticarət müharibəsini şərh edən Birləşmiş Millətlər Təşkilatında (BMT) Çinin daimi nümayəndəsi Zhang Jun deyib.

Çinin hüquqlarını qoruması üçün bütün lazımi tədbirləri görəcəyini ifadə edən diplomat Pekinin mövqeyinin bəlli olduğunu bildirib. O, ABŞ-ı ticarətdəki gərginliyin aradan qaldırılması üçün düzgün həll yolu tapmağa çağırıb.

Qeyd edək ki, avqustun 1-də ABŞ prezidenti Donald Tramp sentyabrın 1-dən etibarən daha 300 milyard dollarlıq Çin malına 10 faizlik gömrük rüsumunun tətbiq ediləcəyini açıqlayıb. Çinin Kommersiya Nazirliyi isə Çinlə ABŞ arasında qarşılıqlı rüsumların tətbiqinin nəticələri ilə bağlı bütün məsuliyyətin ABŞ-ın üzərinə düşdüyünü bəyan edib.

Bu addımın Osakadakı G-20 sammitində əldə olunmuş ikitərəfli razılaşmadan geri addım olduğunu qeyd edən nazirlik ABŞ tərəfinin ticarətdə gərginliyi artırmasının dünya iqtisadiyyatına mənfi təsir göstərəcəyini vurğulayıb: "Ticarət müharibəsində qaliblər ola bilməz".