Kürdəmirdə iki yük avtomobili toqquşub


Digərləri 03 Avq 2019 09:01:00 255 0

Kürdəmirdə iki yük avtomobili toqquşub

Kürdəmir rayonunda "MAZ" və "KAMAZ" markalı iki yük avtomobili toqquşub.

Fövqəladə Hallar Nazirliyindən Son.az-a verilən məlumata görə, fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Kürdəmir rayonunun Karrar qəsəbəsində "MAZ" və "KAMAZ" markalı iki yük avtomobilinin toqquşması barədə məlumat daxil olub.

Hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri "MAZ" markalı yük avtomobilində sıxılı vəziyyətdə qalan 1 nəfəri deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.