“Tesla” avtomobilinin itlər üçün təhlükəli olduğu aşkarlanıb


Digərləri 03 Avq 2019 08:59:00 253 0

“Tesla” avtomobilinin itlər üçün təhlükəli olduğu aşkarlanıb

"Unikrb" kiber-idman şirkətinin rəhbəri Raul Sud öz "Twitter"-ində itini "Tesla" avtomobilində itlər üçün qoşulmuş rejimdə saxladığını danışıb.

Son.az insider.az-a istinadən bildirir ki, bu rejim sahibin kənarlaşdığı müddətdə salonu sərin saxlamalıdır, lakin Sudun dediyinə görə, rejim 10 dəqiqədən sonra sönüb.

Sud qeyd edib ki, işlərinə görə ayrılıb və qayıdan zaman "Tesla" tətbiqini açanda salondakı temperaturun, demək olar, Selsi şkalası üzrə 30 dərəcəyə kimi qızdığını və artmaqda olduğunu görüb.

Məlum olub ki, itlər üçün rejim ancaq avtomatik ayarlama zamanı çalışır, fərdi temperatur qoşduqda isə, kondisioner sönür.