“Kaspersky Lab” biznes üçün yeni məhsul təqdim edib


Digərləri 03 Avq 2019 08:35:00 217 0

“Kaspersky Lab” biznes üçün yeni məhsul təqdim edib

"Kaspersky Lab" şirkəti biznes üçün "Kaspersky Security" xəttini həm fiziki, həm də virtual mühit üçün təhlükəsiz iş yerləri ilə təmin edən həll ilə tamamladı.

Son.az insider.az-a istinadən bildirir ki, yeni məhsul, patc-menecment və şifrələmə, eləcə də, sistem idarəetməsini ehtiva edən funksionallıqdan ibarətdir.

Biznes üçün "Kaspersky Security" həlli fiziki və virtual infrastrukturun təhlükəsizliyini vahid konsoldan idarə etməyə imkan verir ki, bu da administratorların iş yükünü xeyli azaldır.

İş stansiyaları və serverlərin ənənəvi qorunması ilə yanaşı, universal "Kaspersky Security" virtual mühit üçün ixtisaslaşdırılmış "Kaspersky Security" həllinin son versiyasını da daxil edir. Bu isə, vacib olan biznes əlavələrin işini ləngitmədən virtual maşınların yükünü bərabərləşdirir.