Türkiyədə sərnişin avtobusu yanıb: 5 nəfər ölüb


Dünya 03 Avq 2019 08:23:00 186 0

Türkiyədə sərnişin avtobusu yanıb: 5 nəfər ölüb

Türkiyənin Balıkesir vilayətində sərnişin avtobusu yanıb.

Son.az Trend-ə istinadən bildirir ki, hadisə nəticəsində beş nəfər həlak olub, 15 nəfər isə xəsarət alıb.

Ümumilikdə yanğın zamanı avtobusda 37 nəfər olub.

Yaralılar Balıkesir və ətraf vilayətlərdəki xəstəxanalara çatdırılıb. Avtobus sürücüsü jandarma əməkdaşları tərəfindən tutulub.