“Apple Card” ABŞ bazarına daxil olur –


Digərləri 03 Avq 2019 08:25:00 196 0

“Apple Card” ABŞ bazarına daxil olur –

Mart ayında "Apple" "Goldman Sachs" bankı və "Mastercard" beynəlxalq ödəmə sistemi ilə birgə anonsunu verdikləri "Apple Card" avqusta satışa buraxılacaq və ilk vaxtlar ancaq ABŞ-da aktiv olacaq.

Son.az insider.az-a istinadən bildirir ki, onunla adi rejimdə də, "Apple Pay"-lə də (əlbəttə, "Android" verisyası olmayacaq) ödəniş etmək olar.

Ancaq yeni fiziki kartın kontaktsız ödəmə opsiyası mövcud deyil. O, "Air Pods" prinsipi üzrə - "iPhone"-la sinxronlaşdırma zamanı aktivləşir.

"Apple Card"-ın cərimə faiz stavkası da yoxdur. "Apple" və "Goldman Sachs" səbrlə krediti ödəməyinizi gözləyəcəklər, əlbəttə kredit reytinqində bu zaman siz bir neçə pillə aşağı düşəcəksiniz - bu, borcluların standart cəzalandırılmasıdır.

"Apple Card" sahibləri ödəmələri və kartda balans artımını "Apple Cash" və "ACH" tətbiqi vasitəsilə edə biləcəklər. Kredit kartı bəzi mağazalar və ya ümumi qitə məntəqələrindəki ödəniş zamanı qəbzlərin imzalanması ilə bağlı süründürücü prosesi ləğv edir.