İndoneziyada güclü zəlzələ olub: ölü və yaralılar var


Digərləri 03 Avq 2019 08:25:00 185 0

İndoneziyada güclü zəlzələ olub: ölü və yaralılar var

İndoneziyada baş verən zəlzələ nəticəsində bir nəfər ölüb, dörd nəfər yaralanıb

Bakı. Trend İndoneziyada baş verən zəlzələ nəticəsində bir nəfər ölüb, dörd nəfər yaralanıb. Trend-in məlumatına görə, bu barədə "Straits Times" qəzeti bildirib. Məlumata əsasən, bir nəfər Lebak dairəsində həlak olub, dördü isə Yava adasındakı Pandeqlanq və Sukabumi dairələrində yaralanıb. Bildirilir ki, Banten və Qərbi Yava vilayətlərində 113 bina dağılıb.