London Birjasından 27 milyard dollarlıq satınalma


Digərləri 03 Avq 2019 08:11:00 196 0

London Birjasından 27 milyard dollarlıq satınalma

London Birjası (LSE) şirkətlər, banklar və investorlara xəbər, məlumat və analitik məlumat verən "Refinitiv" şirkətini 27 milyard dollara satın aldığını bildirib.

Son.az insider.az-a istinadən bildirir ki, London Birjasının sədri Don Robert, "Bu satınalma London Birjasının strateji əhəmiyyəti baxımından dönüş nöqtəsi xüsusiyyətindədir", - ifadəsini istifadə edib.

"Blackstone Group" keçən il "Tompson Reuters"ın maliyyə və risk bölməsini 20 milyard dollara satın almış və adını "Refinitiv" olaraq dəyişdirmişdi.