Suriyada atışmada bir nəfər həlak olub


Dünya 03 Avq 2019 08:03:00 211 0

Suriyada atışmada bir nəfər həlak olub

Silahlılar Suriyanın Latakiya vilayətindəki Kardaha qəsəbəsini atəşə tutublar, nəticədə dinc sakin həlak olub, üç nəfər isə xəsarət alıb.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə Suriyada düşmən tərəflərin barışdırılması üzrə Rusiya Mərkəzinin rəhbəri general-mayor Aleksey Bakin bildirib.

A.Bakin deyib: "Sükut rejimini pozaraq, 2 avqust 2019-cu il tarixində, saat 06.55-də qanunsuz silahlı dəstələr Latakiya əyalətindəki Kardaha qəsəbəsini atəşə tutdular ... Atışma nəticəsində bir mülki şəxs həlak oldu, 3 nəfər yaralanıb".

Bildirilmişdir ki, yaşayış məntəqəsində 12 partlama qeydə alınmışdır, Cebel Şahbo rayonundan olan silahlılar qəsəbə istiqamətində Reaktiv Yaylım Atəş Sistemindən atəş açıblar