Əfqanıstanda "Taliban"ın üç lideri məhv edilib


Dünya 03 Avq 2019 07:45:00 207 0

Əfqanıstanda "Taliban"ın üç lideri məhv edilib

Əfqanıstanda hava hücumu nəticəsində "Taliban" hərəkatının üç lideri məhv edilib.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə ölkənin Müdafiə Nazirliyinin rəsmi "Tvitter" səhifəsində bildirilib.

Məlumata əsasən, hava hücumu avqustun 2-də saat 20:10-da Fərah vilayətində həyata keçirilib.

Nəticədə Fərah vilayətinin "kölgə qubernatoru" Molla Əbdül Bari və qərb vilayətlərində silahlıların fəaliyyətinin əlaqələndirilməsi üçün cavabdeh olan "Taliban"ın iki komandiri məhv edilib.